Xalq artisti Gülyaz Məmmədova açıqlaması ilə diqqət çəkib.
"El canlı" proqramında qonaq olan sənətçi izləyicilərin suallarını cavablandırıb. O, bir tamaşaçının "Kəndinə qayıdarmı" sualına bu cavabı verib:
"Güclə Bakıya gəlib çıxmışam. Kəndə necə qayıdım? Tütünün, baramanın içindən qaçmışam. Ay kəndimin camaatı, bağışlayın məni gələ bilmərəm. O günlər üçün çox darıxıram. İnsan uşaqlığını çox axtarır. Gəncliyinizin qədrini bilin, gözəl cavanlar. "Kolxoz" dövrü idi , çıxdı getdi. Toxa döyürdülər, mən əlimi qulağıma qoyub mahnı oxuyurdum hamı mənə baxırdı. Evə də gedəndə məni söyürdülər ki, mahnı oxudun sənə baxdıq, başımız qarışırdı"./olay
Tarix: 12 Fevral 2025, 12:16