RU

Bu il 26 min müəllim sertifikatlaşdırmaya cəlb olunacaq

Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək.

Olaylar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, artıq 65 minə qədər təhsilverən sertifikasiyaya cəlb olunub.

"Onlardan 55 min nəfərin maaşına əlavələr edilib. Təxminən 5 min müəllim isə sertifikasiyadan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib", deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
36
3
olaylar.az

4Источники