RU

Bu avtomobil modellərinin istehsalı 2026-cı ilə qədər dayandırılacaq – Siyahı

Avtomobil istehsalçıları öz model sıralarını yenidən nəzərdən keçirməyə davam edirlər və 2026-cı ilə qədər bir neçə məşhur avtomobil modeli istehsal xəttindən çıxarılacaq.

Bu barədə Pravda.ru məlumat yayıb.

Səbəblər qismində elektrikləşmə, ayrı-ayrı seqmentlərə tələbatın azalması və krossoverlərə yönəlmə göstərilir.

Hansı modellər daha istehsal olunmayacaq?

"Porsche 718" - "Boxster" və "Cayman" modelləri yerlərini elektrik mühərriklə işləyən varislərə verəcək.

"Porsche Macan" - benzinlə işləyən versiyası elektrikli "Macan EV"ə yol açaraq bazarı tərk edəcək.

"BMW 8 Series" - aşağı tələbat gələcək istehsalı qeyri-rentabelli edir.

"Lexus RC" - idman kupesi rəqabətə tab gətirə bilmədi və brendin strategiyasına uyğun gəlmir.

"Mercedes-Benz GLC Coupe" - kupevari SUV populyarlığını itirərək yerini "GLC"nin klassik versiyalarına verir.

"Infiniti QX50" - brend aşağı satışlar səbəbindən model sırasını azaltmağa davam edir.

Bu modellər niyə tarixə qovuşur?

Elektromobillərin artımı - şirkətlər yeni texnologiyaların xeyrinə ənənəvi daxiliyanma mühərriklərindən imtina edirlər.

Krossoverlərin populyarlığı - alıcılar kupe və sedanlar əvəzinə daha çox SUV-u seçirlər.

Xərclərin optimallaşdırılması - istehsalçılar diqqəti gəlirli seqmentlərə yönəldirlər.

©oxu.az

Избранный
52
7
valyuta.az

10Источники