Hacıqabul sakini evində ölü tapılıb.

Leqal.info xəbər verir ki, Hacıqabul rayonunun Nəvahi kənd sakini 1969-cu il təvəllüdlü Həsənov Bəhrəm Əlisahib oğlunun yaşadığı mənzildə meyiti aşkar edilib. İlkin məlumata əsasən, evdə tək yaşayan 56 yaşlı B.Həsənovun çoxdan öldüyü müəyyən edilib.

Meyit müayinə olunmaq üçün Şirvan morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info