"Bakı mənim üçün kiçik Nyu-Yorkdur. Əslində, Sumqayıtı çox bəyənirəm, burada həyatdan həzz alıram. Bakıda isə çox insan yaşayır, daima tıxacda qalırsan. Sumqayıt daha sakit və rahat şəhərdir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sumqayıt" basketbol klubunun üzvü Eli Lourens deyib. 

Klubun mətbuat xidmətinə açıqlama verən amerikalı idmançı özünü "Sumqayıt" ailəsinin üzvü kimi hiss etdiyini bildirib: "Baş məşqçi Vadim Kuramşın döyüşkən kollektiv formalaşdırıb. Burada olduğuma görə çox şadam".

25 yaşlı basketbolçu rəqabətdən qorxmadığını da dilə gətirib: "Komanda yoldaşım Zayon Yanqla aramızda rəqabət yoxdur. Biz eyni komandanın uğurları üçün çalışırıq. Yanqın hansısa oyunda məndən artıq xal toplamasına qıcıqlanmıram. Məqsəd "Sumqayıt"ı turnir cədvəlində üst sıralara daşımaqdır".