RU

Tehranda su qıtlığı yaşana bilər

Su anbarları kritik səviyyələrə çatdığından Tehran ciddi su böhranı ilə üzləşə bilər, üstəlik səlahiyyətli şəxslərin dəqiq planı yoxdur.

Tehran Su və Kanalizasiya Şirkəti bildirir ki, paytaxtı təmin edən dörd böyük bənd cəmi 9 faiz gücü ilə işləyir.

Bu yaxşılığa doğru dəyişməzsə önümüzdəki altı ay ərzində Tehran əyalətində 19 milyon sakin susuzluq təhlükəsi ilə qarşılaşacaq.

Böhranlı vəziyyəti dərinləşdirən başqa bir səbəb  bu il yağıntıların həcminin az olmasıdır.

Hidravlik strukturlar üzrə ekspert Ruzbəh İskəndəri yaranmış vəziyyəti yağıntı azlığından başqa Tehranın nəzarətsiz şəkildə sürətlə böyüməsi və nəticədə şəhərin su ehtiyacının artması ilə əlaqələndirir.

Qeyd edək ki, İrandan insanlar işsizlik və başqa bir çox səbəbdən paytaxta axın edirlər. Bu şəhərin əhalisinin və tələblərinin durmadan artmasına gətirib çıxarır.

Bundan başqa özəl olaraq vurğulamaq lazımdır ki, İranda infrastrukturun köhnəlməsi havanın çirkliliyinin artmasına gətirib çıxarır ki, uzunvədəli zamanda çirkli hava yağıntı həcminin azalmasına gətirib çıxarması mümkündür.

Visiontv.az



Избранный
11
visiontv.az

1Источники