RU

Terrorçular Modinin təyyarəsinə hücum edə bilərlər: Polis hərəkətə keçdi

Mumbay polisi Hindistanın Baş naziri Narendra Modinin Fransa və ABŞ-yə xarici səfərləri zamanı onun təyyarəsinə terror hücumu təhdidinə dair daxil olan məlumatdan sonra araşdırma aparır.

Avtosfer.az xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti Mumbayın hüquq-mühafizə orqanlarına istinadla məlumat verib.

Bildirilir ki, N.Modinin xaricə səfəri zamanı terrorçuların onun təyyarəsinə hücum edə biləcəkləri haqqında Mumbay polisinə zəng daxil olub.

Qeyd edək ki, baş nazir fevralın 10-da yollandığı Fransada səfərdədir. N.Modi oradan ABŞ-yə uçacaq.

Избранный
41
7
avtosfer.az

9Источники