RU

“Oğlumun təhsilinə xərclədiyim pula, kaş Bakıda çayxana açardım”

“Övladımın illərlə əziyyət çəkib təhsilinə xərclədiyim pul öz bəhrəsini vermədi. Bilsəydim o pula çayxana açardım oğlumda orada işləyərdi. Bu xaricdə təhsil almaqdan daha yaxşıdır”.

OLAY yazır ki, bu sözləri müğənni Nadir Qafarzadə qonaq olduğu “Tarixin bir günü” verilişində deyib.

Sənətçi bildirib ki, böyük oğlu Loğmanın xaricdə oxutdurmasına peşmandır: 

“Oğlum Loğman İsveçrənin Jeneva şəhərində ali təhsil aldı. Gedib orada oxudu, aldığı diplomda evdədir. Onun aldığı o təhsilə burada iş yoxdur. Loğman ingilis dilində biznes menecer üzrə təhsil alıb. Mən onun təhsilinə frank pul vahidi ilə pullar xərcləmişəm. Frank dollardan baha, avroya yaxındır. O pula burada çayxana aça və bundan çox yaxşı pul qazana bilərdim. Kimə lazımdır axı təhsil? Uşaqlar baxıllar və görürlər ki, təhsilli insanlara önəm vermirlər. Gəlin, qızlar, oğlanlar düşünürlər ki, neynirəm gedib 4-5 il oxuyum. Onlar “TikTok”da oturub, canlı yayımlar açıb, rahat pul qazanırlar. Acı həqiqət bax budur”.

Qeyd edək ki, N.Qafarzadənin Loğmandan savayı Əziz adlı daha bir oğlan övladı var. Əziz ifaçılıqla məşğul olur. 

Избранный
26
8
olay.az

10Источники