RU

Xosep Qvardiola “Real”a məğlubiyyətə aydınlıq gətirdi

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/16 finalında “Real”a ev məğlubiyyətinə aydınlıq gətirib.

Arena.az məlumat verir ki, cütün ilk oyununda “şəhərlilər” hesabda iki dəfə irəli çıxsalar da, oyunun təzminat müddətində (90+2-ci dəqiqə) buraxdıqları qolla 2:3 hesablı məğlubiyyətə üzülüblər.

“Bu, cari mövsümdə dəfələrlə baş verib… Dəfələrlə… Məsələ budur ki, bunlar yalnız pis məşqçi qərarlarıdır, vəssəlam. “Real” bu mövsümdə bizdən daha yaxşıdır. Biz yaxşı bir nəticəyə yaxın idik, amma son dəqiqələrdə heç-heçəni də əldən verdik”, – “Marca” nəşri ispan mütəxəssisdən sitat gətirir.

Həmçinin Xosep Qvardiola məğlubiyyətdə bütünlüklə hamının təqsirkar olduğu qənaətindədir:

“Mən artıq illərdir “Mançester Siti”dəyəm və mən görkəmli bir komandanın, əsl maşının bir hissəsiyəm, amma hazırda, yaranan vəziyyətlərin öhdəsindən gəlmək üçün komandaya kömək edə biləcək təklif verə bilmərəm. Müvafiq nəticələrə görə məsuliyyət hamımızın üzərindədir. Mən etiraf edirəm ki, sistemimizdəki hər şey əvvəlki kimi işləmir. Bir oyunçunu təqsirləndirmək asan olardı, amma bu cəfəng işdir, belə olmur. Hamı təqsirkardır, hamıdan əvvəl isə mən. Məsələ bundadır ki, biz kifayət qədər sabit deyilik”, – “Sky Sports” Qvardioladan sitat gətirir.

Xatırladaq ki, “Mançester Siti” cavab oyunu çərçivəsində fevralın 19-da Madriddə “Real”ın “qonağı” olacaq.

Избранный
17
arena.az

1Источники