RU

Rusiya ABŞ vətəndaşı Mark Fogeli azad edib

Rusiya

Rusiya tərəfindən narkotik qaçaqmalçılığı ittihamı ilə saxlanılan ABŞ vətəndaşı Mark Fogel azad edilib və yaxın vaxtlarda vətəninə dönəcək.“Ulusum”.az xəbər verir ki, Bu barədə ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts bəyanat verib."Bu gün Prezident Donald Tramp və onun xüsusi nümayəndəsi [Yaxın Şərq üzrə] Stiv Uitkof, Mark Fogel ilə birlikdə Rusiya hava məkanını tərk etdiklərini elan edə bilərlər," – deyə Volts bildirib.Fogelin azad edilməsi Rusiya ilə qarşılıqlı mübadilə çərçivəsində "göstərilən yaxşı niyyət jesti" olaraq qiymətləndirilir və Ukrayna böhranının həlli yolunda irəliləyişə işarə edir.Bəyanatda, "Prezident Tramp, Stiv Uitkof və prezidentin məsləhətçiləri mübadilə barədə danışıqlar aparıblar. Bu, rusların tərəfdən bir yaxşı niyyət jestidir və Ukraynadakı amansız müharibəni sona çatdırmaq istiqamətində doğru yolda irəlilədiyimizi göstərir," – deyilir.Səidə

Diqqət Çəkənlər

Azərbaycan Prezidenti Xameneyiyə təbrik ünvanlayıb

Avropa liderinin devrilməsi üçün xərclənən məbləğ

Ukraynanın faydalı qazıntıları ilə bağlı gerçək planlar

Избранный
17
ulusum.az

1Источники