RU

Türkiyənin "Baykar" şirkəti İndoneziyanın "Republikorp" şirkətilə birgə müəssisə yaradacaq - MÜQAVİLƏ İMZALANIB

İndoneziyanın müdafiə sənayesi şirkəti “Republikorp” və Türkiyənin “Baykar Technology” şirkəti İndoneziyada pilotsuz uçan aparat (PUA) zavodu tikmək üçün müştərək müəssisənin yaradılması haqqında müqavilə imzalayıblar.

Marja.az xəbər verir ki, müqavilə prezident Rəcəb Tayyib Ərdoğan və İndoneziya Prezidenti Prabovo Subianto arasında ikitərəfli danışıqların yekununda imzalanıb.

Ərdoğanın rəsmi səfəri çərçivəsində İndoneziya ilə enerji, kənd təsərrüfatı, ticarət, müdafiə sənayesi, rabitə və təhsil sahələrində 12 anlaşma memorandumu imzalanıb.

Избранный
22
marja.az

1Источники