“Övladımın illərlə əziyyət çəkib təhsilinə xərclədiyim pul öz bəhrəsini vermədi. Bilsəydim, o pula çayxana açardım, oğlum da orada işləyərdi. Bu xaricdə təhsil almaqdan daha yaxşıdır”.
Publika.az olay-a istinadla xəbər verir ki, bunu Nadir Qafarzadə “Tarixin bir günü” verilişində deyib.
Müğənni bildirib ki, böyük oğlu Loğmanın xaricdə oxutdurmasına peşmandır:
“Oğlum Loğman İsveçrənin Cenevrə şəhərində ali təhsil aldı. Aldığı diplom da evdədir. Onun aldığı təhsilə burada iş yoxdur.