RU

Yunanıstana yeni prezident seçildi


Yunanıstan Parlamenti parlamentin keçmiş sədri Kostas (Konstantinos) Tasulası prezident seçib.
Yeniavaz.com
Yunanıstanın “Vouli” telekanalına istinadla xəbər verir ki, Tasulas ölkənin əsas qanunverici orqanında keçirilən səsvermənin dördüncü turunun nəticələrinə əsasən ölkə başçısı seçilib.  
Onun namizədliyini Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis irəli sürüb.
Yanvarın 25 və 31-də və fevralın 6-da keçirilən səsvermənin ilk üç turu uğursuz olub.
Səsvermənin birinci və ikinci turunda Yunanıstan prezidentinin seçilməsi üçün üçdə iki səs çoxluğu (300 yerlik parlamentdə 200 səs), üçüncüdə isə beşdə üç səs çoxluğu (180 səs) tələb olunurdu.
Hər üç turda 160 parlamentari Tasulasa səs verib. Dördüncü turda prezident 151 səs çoxluğu ilə seçilib.
Qeyd edək ki, Tasulasın namizədliyini irəli sürən hakim “Yeni Demokratiya” partiyasının ali qanunverici orqanda 156 parlament üzvü var.
Избранный
29
8
yeniavaz.com

9Источники