Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyaya səfəri çərçivəsində bu ölkənin Prezidenti Prabovo Subiantoya Türkiyənin yerli elektrik avtomobili "Togg" hədiyyə edib.Missiya.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri Çakartada Boqor Prezident Sarayında İndoneziya Prezidenti ilə görüşüb.
Bildirilib ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası və birgə mətbuat konfransından sonra Türkiyə lideri indoneziyalı həmkarına hədiyyəsini təqdim edib.
"İstifadə edəndə super olduğunu görəcəksiniz. Səsini eşidə bilməzsiniz",- Ərdoğan deyib.
Zərintac MayisqızıMissiya.Az