İngiltərədə genişləndirilməkdə olan uşaq parkında İkinci Dünya müharibəsinə aid 176 ədəd partlamamış bomba tapılıb.
Publika.az xəbər verir ki, Nortumberlend şəhərində tapılan bombaların Yerli Müdafiə Birliyinin təlimlərində istifadə edilən təcrübə bombaları olduğu məlum olub.
Bombaların hələ də partlaya biləcəyi və təhlükəsiz şəkildə məhv edilməsi lazım olduğu açıqlanıb.
Səlahiyyətlilər təhlükəsizliyi təmin etmək üçün ərazini bir müddətlik bağlayıblar.