RU

Azad edilən ərazilərdə məskunlaşan tələbələrin təhsil haqqı üçün nə qədər vəsait ayrılacaq?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi məqsədilə ilkin hesablamalara görə ən azı 3 min nəfər üçün 3.5 milyon manat vəsait ayrılacaq.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi hələlik ali və orta ixtisas təhsili ilə bağlıdır.
Избранный
46
50
oxu.az

10Источники