RU

Azərbaycanda müflisləşmə ilə bağı təkliflər paketi hazırlanır

Bakı, 12 fevral, AZƏRTAC

Azərbaycanda müflisləşmə ilə bağı qanunvericilikdə sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazırlanır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev “Biznesin müflisləşməsi” işçi qrupunun iclasında deyib.

O qeyd edib ki, hazırda əsas hədəf müflisləşmə ilə bağlı qanunvericilik bazasının beynəlxalq səviyyəyə qaldırılmasıdır: “Bununla bağlı qanunvericilik sahəsində sistemli tədbirlərin görülməsi üçün təkliflər paketi hazırlanır. Bu, bilavasitə biznesin müflisləşməsi sahəsində inkişafa böyük təkan verəcək”.

Избранный
6
2
azertag.az

3Источники