“Qanunvericiliyə dəyişiklik edildikdən sonra bağçalarda hansısa səbəblər üzündən və müəyyən müddət ərzində davamiyyəti aşağı olan uşaqların kənarlaşdırılması nəzərdə tutula bilər”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, bunun üçün normativ hüquqi baza təkmilləşdirilməlidir: “Bu istiqamətdə işlər aparılır. Məsələ ilə bağlı təkliflər müzakirə mərhələsindədir”. E.Bağırov əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində davamiyyətin aşağı olması hallarına rast gəlinir: “Lakin bu, kütləvi xarakter daşımır. Uşaqların maksimum 5-10 faizinin müxtəlif səbəblərdən - bəzi hallarda bu səbəblər üzrlü də deyil - davamiyyətlərində problemlər olur. Bugünkü qanunvericilik belə uşaqların müəssisələrdən kənarlaşdırılmasına imkan vermir”, - deyə o əlavə edib.