RU

Zelenskini təklifi - Kreml nöqtə qoydu

Rusiya heç vaxt ərazilərin dəyişdirilməsi məsələsini müzakirə etməyib və müzakirə etməyəcək.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, mümkün deyil. Rusiya heç vaxt öz ərazilərinin dəyişdirilməsi məsələsini müzakirə etməyib və bundan sonra da müzakirə etməyəcək”, - Peskov bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski daha öncə danışıqlar masasında Kursk vilayətində ələ keçirilən ərazilərin mübadiləsini təklif edə biləcəklərini dilə gətirmişdi.

Избранный
6
2
axar.az

4Источники