RU

Ukraynaya zərbələr “güc vasitəsilə sülh” məqsədi daşıyır - Medvedev


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin ərazilərin mübadiləsi ilə bağlı təklifini tənqid edərək, bunu cəfəngiyat adlandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, Telegram kanalında məlumat verib.

Medvedev qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Kiyevə son zərbələri “güc vasitəsilə sülh” anlayışına uyğundur.

“Bəzən bu konsepsiya güclərin real balansını nümayiş etdirərək həqiqətən işləyir. Baxmayaraq ki, bu cür hərəkətlər qorxudan titrəyə-titrəyə ərazilərin mübadiləsi haqqında danışmağa davam edən qeyri-leqal cavanların fikrini dəyişməyə qadir deyil”, - Medvedev əlavə edib.

Zaur, BakuPost

Избранный
8
bakupost.az

1Источники