Ajans.az xəbər verir ki, bu barədə “Shot Proverka” Telegram kanalı məlumat yayıb.
Mütəxəssislər ziyarətçilərdən birinin zəhərlənməsindən sonra müəssisənin ərazisinə baxış keçirməyə gəliblər. Ərazidə bir sıra sanitar normaların pozulması halları, o cümlədən etiketin, temperatur ölçən cihazların, qida məhsullarının saxlanma şəraitinin olmaması aşkar edilib.
Nümunələr götürüldükdən sonra iaşə müəssisəsində koliform bakteriyaların olduğu aşkar edilib. Eyni zamanda, digər mikroorqanizmlərin sayı normadan artıqdır.