RU

Əfv gözləyənlərə ŞAD XƏBƏR: Komissiyada 100-dən çox müraciətə baxıldı

Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə report.az Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O, qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:

"Samir Nuriyev indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışdı. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu söylədi".

Rəşad Məcidin sözlərinə görə, Komissiyanın ilk iclası çox məhsuldar keçib və 100-dən artıq müraciətə baxılıb.

Bizim.Media

Избранный
29
16
bizim.media

9Источники