RU

Perişiç PSV-nin rekordçusu oldu

PSV-nin 36 yaşlı xorvat sol cinah hücumçusu İvan Perişiç Niderland klubunun UEFA Çempionlar Liqasında yeni rekordçusu olub.

Arena.az məlumat verir ki, o, UEFA Çempionlar Liqasının 1/16 final mərhələsinin ilk oyununda (1:2), səfərdə “Yuventus”un qapısına yol tapmaqla, Niderland klubunun mötəbər yarışın tarixində ən “qocaman” qolçusu ünvanına sahib olub.

İvan Perişiç PSV-yə 2024-cü ilin sentyabr ayında azad agent qismində qoşulub. Xorvat futbolçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə xorvat futbolçu PSV üçün bütün yarışlarda 20 oyuna çıxıb. O, bu oyunlarda 5 qol, 8 məhsuldar ötürmə ilə fərqlənib.

Perişiç karyerası ərzində “Soşo”, “Ruselare”, Brügge”, Dortmund “Borussiya”sı, “Volfsburq”, “İnter”, “Bayern”, “Tottenhem”, Split “Hayduk”unda çıxış edib.

İvan Perişiç 2011-ci ilin mart ayında debüt etdiyi Xorvtiya yığmasının heyətində 140 oyun keçirib, 33 qol və 31 məhsudlar ötürmə ilə fərqlənib.

İvan Perişiç Dortmund “Borussiya”sı ilə Almaniya Bundesliqasının (2011/2012) və Almaniya Kubokunun (2011/2012), “Volfsburq”la Almaniya Kubokunun (2014/2015) və Almaniya Super Kubokunun (2015), “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020), Almaniya Kubokunun (2019/2020) və Çempionlar Liqasının (2019/2020), “İnter”lə İtaliya A Seriyasının (2020/2021), İtaliya Kubokunun (2021/2022), İtaliya Super Kubokunun (2021) qalibi olub.

Perişiç Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc medal qazanıb, həmçinin 2022/2023-cü illər mövsümü UEFA Millətlər Liqasının finalçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı xorvat sol cinah hücumçusunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

Избранный
20
arena.az

1Источники