RU

Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidentini qəbul edib - FOTO

Fevralın 12-də gənclər və idman naziri Fərid Qayıbov Avropa Badminton Konfederasiyasının prezidenti Sven Serreni qəbul edib.

İdman.biz xəbər verir ki, qonağı salamlayan nazir ona ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib.

Görüş zamanı ölkəmizdə badminton idman növünün inkişafı istiqamətində görülən işlər, hazırkı vəziyyəti, qarşılıqlı əməkdaşlıq imkanları və digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov da iştirak edib.

İdman.biz

Избранный
39
8
idman.biz

9Источники