RU

Bakı-Moskva gərginliyi artır: Soydaşlarımızı hansı təhdidlər gözləyir? - VİDEO


Rusiya ərazisində Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasından sonra iki ölkə arasında açıq müstəviyə keçən "əsəb müharibəsi" və gərginlik son günlər daha da artıb. Rusiya tərəfi Azərbaycanın günahkarların cəzalandırılması və kompensasiya tələbini yerinə yetirməyi uzadır. Azərbaycan rəhbərliyi isə bu tələblərin yerinə yetirilməsində qətiyyət və prinsipiallıq nümayiş etdirir.

Paralel olaraq, iki ölkənin KİV və digər institutları arasında da gərginlik müsahidə olunur. Rusiya tərəfinin azərbaycanlı iş adamları və miqrantlarla bağlı hədə və addımlari qarşılığında Bakıda "Rus evi"nin bağlanması da bunu təsdiq edir.

Görünən budur ki, təyyarə olayı münasibətlərdəki gərginliyin, obrazlı desək, aysberqin görünən tərəfidir.
Bəs, pərdə arxasında nələr baş verir? Rusiyanın Azərbaycana qarşı təzyiq siyasəti niyə güclənib? Mövcud gərginlik tərəflərin hansı addımları ilə daha da arta bilər?

Politoloq Zaur İbrahimli BTV-nin efirində bu və digər suallara aydınlıq gətirib. Onunla müsahibəni təqdim edirik:



Избранный
9
1
bakupost.az

2Источники