RU

ABŞ rusiyalı Vinniki azad edəcək

ABŞ Amerika vətəndaşı Mark Vogelin azadlığa buraxılmasına cavab olaraq Rusiya vətəndaşı Vinniki azad edəcək.

 

Oxu24.com xəbər verir  ki, bu barədə amerikalı rəsmiyə istinadən Reuters agentliyi məlumat yayıb.

 

“Birləşmiş Ştatlar Fogelin azad edilməsi ilə nəticələnən mübadilə çərçivəsində Rusiya vətəndaşı Aleksandr Vinniki azad edəcək”, - məlumatda deyilir.

 

Bundan əvvəl ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff bəyan etmişdi ki, amerikalı Mark Vogelin azad edilməsi Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında gələcək münasibətlərin dostluq xarakterini göstərə bilər.

 

Fevralın 11-də Rusiyada narkotik qaçaqmalçılığına görə məhkum olunmuş ABŞ səfirliyinin keçmiş əməkdaşı Vogel vətəninə qayıdıb. “New York Times” qəzetinin yazdığına görə, Fogel Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Vitkoffun Kremllə danışıqları nəticəsində azadlığa buraxılıb.

 

Rusiyalı Aleksandr Vinnik 2017-ci il iyulun 25-də Yunanıstanda tətildə olarkən ABŞ-ın tələbi ilə həbs edilib. FTB, Vinnikin 2010-2011-ci illərdə BTC-E vasitəsilə 4 milyard dollardan çox pulu yuyan cinayətkar təşkilatın liderlərindən biri olduğunu bildirdi.

 

Nigar

 

Избранный
6
oxu24.com

1Источники