RU

Gürcüstan parlamentinin komitə sədri: Azərbaycan Gürcüstana fəal şəkildə sərmayələr yatırır

Tbilisidə Gürcüstan Parlamentinin İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekiaşvili Azərbaycanın Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Ticarət Komitəsinin sədri Azər Əmiraslanov ilə görüşüb.

“Far.Az”un Gürcüstan bürosunun məlumatına görə, görüşdə tərəflər iki ölkənin strateji tərəfdaşlığını müzakirə ediblər.

Komitə sədrləri Nəqliyyat Dəhlizinin əhəmiyyəti və onun tranzit potensialını vurğulayıblar.

“İki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dolları keçib. Bunun 780 milyon dolları Azərbaycanla Gürcüstan arasında həyata keçirilən ixracatın payına düşür. Hər iki tərəf gələcəkdə ticarət həcmini daha da artırmaq üçün çalışacaq”, - Ş.Berekiaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycandan Gürcüstana fəal şəkildə sərmayələr yatırılır: "Ölkəmizdə çoxsaylı Azərbaycan şirkətləri fəaliyyət göstərir, o cümlədən SOCAR, həmçinin inkişaf şirkətləri, banklar və s".

Избранный
16
3
far.az

4Источники