Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərini ABŞ Prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən qorxan “qorxaq dovşanlar” adlandırıb.
Viral.az xəbər verir ki, o bu haqda Budapeştdə mətbuat konfransında danışıb.
Orban bildirib ki, Aİ öz təkliflərini amerikalılara müstəqil şəkildə təqdim etməlidir:
Son Yazılar:
- Orban onları “qorxaq dovşanlar” adlandırdı
- ABŞ-nin qrant proqramları Bakı və regionlarda hansı layihələri əhatə edir?
- UEFA bu klublarımıza maliyyə ayırdı
“Aİ liderləri qorxaq dovşanlar kimi oturub taleyini gözləyirlər. Ancaq qorxaqların gələcəyi yoxdur. Biz etimad göstərib danışıqlara başlamalıyıq”.
O, həmçinin Aİ-nin hazırkı rəhbərliyinin Birləşmiş Ştatlarla iqtisadi mübahisədə cəmiyyətin maraqlarını effektiv şəkildə qoruya biləcəyinə şübhə ilə yanaşdığını deyib, Almaniya və Fransanın təşəbbüsü öz üzərinə götürməli olduğunu vurğulayıb.