RU

Ermənistan nümayəndə heyəti ABŞ-nin hərbi bazasında oldu

Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin rəisi Geqam Paşikyanın başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Almaniyanın Hönfels şəhərində yerləşən ABŞ hərbi bazasında olub.

Oxu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Hönfels şəhərində keçirilən "Combined Resolve 2025" hərbi təlimlərində Ermənistan Müdafiə Nazirliyinin Hərbi-tibbi təminat idarəsinin səyyar hospitalından savayı, nazirliyin hərbi polisinin xüsusi batalyonunun şəxsi heyətindən ibarət də bölmə iştirak edir.

Nümayəndə heyəti təlimlərin gedişatını izləyib.


Telegram kanalımız
Избранный
34
1
yenisabah.az

3Источники