Abşeron Olimpiya İdman Kompleksində təşkil olunmuş sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı davam edir.
Arena.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.
İkinci yarış gününün bütün medalçılarını təqdim edirik:
61 kq
- Bəşir Verdiyev (Gəncə, “Neftçi”)
- Elman Məmmədov (Zenit)
- Fərhad Hacıyev (Abşeron), Zamin Məmmədov (Neftçi)
70 kq
- İsmayıl Rəhimli (Neftçi)
- Adəm Bağırov (Zenit)
- Nurlan Ağazadə (Neftçi), İbrahim Musayev (Pəhləvan)
79 kq
- Muradxan Omarov (Şamaxı)
- Rusif İspərov (Lənkəran)
- Vüsal Əliyev (Neftçi), Tural Niftiyev (Qəbələ)
92 kq
- Anar Cəfərli (Neftçi)
- Şəmistan Axundov (Neftçi)
- Xəyal Əsgərov (Neftçi), Fərhad Süleymanlı (Təhsil)
125 kq
- Yusif Dursunov (Neftçi)
- Muxamad Qantemirov (AGF)
- İsmayıl Kərimov (Zaqatala)
Beləliklə, U-20 Azərbaycan çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Son iki yarış günündə yunan-Roma güləşində medalçılar məlum olacaq.