RU

"Qarabağ"dan ayrıldı, Braziliya klubuna keçir

"Qarabağ"dan ayrılan Riçard Almeydanın karyerasını harada davam etdirəcəyi bəllidir.

Ölkə.az xəbər verir ki, Fanat.Az-ın əldə etdiyi məlumata görə, milliləşdirilmiş braziliyalı vətənində oynayacaq.

Riçard ölkəsinin aşağı liqa klublarından təklif alıb. Hazırda iki variant arasında seçim etməyə çalışan 35 yaşlı orta xətt oyunçusu yekun qərarını yaxın günlərdə verəcək.

Xatırladaq ki, Azərbaycan millisinin sabiq futbolçusunun Ağdam təmsilçisi ilə əməkdaşlığa son qoyduğu fevralın 11-də açıqlanıb. 

Избранный
3
1
olke.az

2Источники