RU

Yüksək Liqa: “Neftçi” uduzdu, MOİK qəlbə qazandı

Bu gün kişi voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 10-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunub. Öncə çempionatın autsayderləri MOİK və “Gənclər” üz-üzə gəliblər. “Hərbçilər” çətinlik çəkmədən qələbə qazanıblar. Bu onların mövsümdə 2-ci qalibiyyəti olub.

Ardınca “Neftçi” “Xilasedici” ilə qarşılaşıb. Gərgin keçən görüşün qalibi 5 setdə bəlli olub. “Xilasedici” iki dəfə setlərdə geri düşsə də, əzmkarlıq göstərərk, 3:2 hesabı ilə qalib gəlib.

10-cu tura sabah keçiriləcək “Murov” – “Azərreyl” oyunu ilə yekun vurulacaq.

Yüksək Liqa
10-cu tur
12 fevral

MOİK – “Gənclər” 3:1 (25:21, 25:23, 21:25, 25:15)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

“Neftçi” – “Xilasedici” 2:3 (25:22, 31:33, 29:27, 18:25, 12:15)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.

Xallar: Murov – 24. Xilasedici – 23. Azərreyl – 19. Neftçi – 15. MOİK – 2. Gənclər – 1.

Избранный
17
arena.az

1Источники