RU

Suriyada yeni hökümət martın birində olacaq - XİN

Bakı, TurkicWorld

Suriyada müvəqqəti hakimiyyət orqanlarının idarə edəcəyi yeni hökumət gələn ay olacaq.

TurkicWorld AzerVoice xəbər verir ki, bu haqda Suriyanın müvəqqəti xarici işlər naziri Əsəd Həsən əş-Şibaninin verdiyi açıqlamada deyilir.

Açıqlamada, Martın 1-də fəaliyyətə başlayacaq hökumətin Suriya xalqını mümkün qədər təmsil edəcəyi və onun müxtəlifliyini nəzərə alacağı bildirilib.

Xatırladaq ki, ötən ay Əsəd rejimini devirən Heyət Təhrir əl-Şam qrupunun lideri Əhməd əl-Şaraa müvəqqəti prezident təyin edilib.

Избранный
20
turkic.world

1Источники