Suriyada qurulacaq yeni hökumət xalqın bütün təbəqələrini təmsil edəcək. Metbuat.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani belə açıqlama verib. O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 12-ci Dünya Hökuməti 2025 Sammitində iştirak edib. Sammit çərçivəsində Küveytin “Əl-Qabas” qəzetinə müsahibə verən Şeybani bildirib ki, rejimin dağılmasından sonra Suriyaya tətbiq edilən sanksiyalar aradan qaldırılmalıdır. Dövlətin və ordunun yenidən qurulması üçün zamana ehtiyac olduğunu bildirən Şeybani, qurulacaq yeni hökumətin Suriya xalqının bütün təbəqələrini təmsil edəcəyini bildirib. Qeyd edək ki, bu il keçirilən 12-ci Dünya Hökumət Sammitində 140 hökumətdən nümayəndə heyətləri, qlobal texnologiya şirkətlərinin yüksək vəzifəli şəxsləri, təxminən 30 ölkənin dövlət başçıları və liderləri, 400 nazir iştirak edir.