RU

Azərbaycan və BƏƏ XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Əbu-Dabi şəhərində Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin üçüncü iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, BƏƏ tərəfindən isə xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini xanım Lana Zəki Nusseybə rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ikitərəfli siyasi, iqtisadi, enerji, humanitar əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Избранный
53
13
mia.az

10Источники