RU

Aİ “missiyası” Azərbaycan sərhədində növbəti dəfə müşahidə aparıb

Avropa İttifaqının (Aİ) “missiyası” Azərbaycan sərhədində növbəti dəfə müşahidə aparıb.

 

“Report” xəbər verir ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi, 2-si hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.

 

Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.

 

Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.

Избранный
42
35
senzor.az

10Источники