Niderland yaralıları daşımaq üçün Ukraynaya 25 tırtıllı zirehli texnika göndərib.
APA xəbər verir ki, bu barədə Niderland Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Niderland Ukraynaya vəd etdiyi sonuncu T-72 tanklarını da təhvil verib. Bu avadanlığın tədarükü layihəsi Çexiya və ABŞ ilə birgə həyata keçirilib.