RU

Elon Musk Ağ Evdə gecələdiyini açıqlayıb

Bakı. Trend:

İş adamı və Hökumətin Effektivliyi Departamentinin (DOGE)rəhbəri Elon Musk, Ağ Evdə gecələdiyini söyləyib.

Trend "FoxBusiness" nəşrinə istinadən xəbər verir ki, bu barədə jurnalistÇarlz Qasparino sosial şəbəkədə məlumat yayıb.

Jurnalistinin sözlərinə görə, Musk qarşıdakı dörd ayı DOGEüzərində işləməyi planlaşdırır. Departament rəhbəri ABŞ büdcəsini 2trilyon dollar azaltmağı və bunun nəticəsində inflyasiyanın 2%-əçatacağını bildirir.

Elon Musk, ABŞ prezidentinin andiçmə mərasimindən əvvəl federalxərcləri 2 trilyon dollar azaltmaq arzusunda olduğunuaçıqlamışdı.

O, bəzi məmurlar arasında ixtisarların "müvəqqəti çətinliklərə"səbəb ola biləcəyini də etiraf edib. Musk, həmçinin, ABŞ-ın milliborcunun idarə edilməsi siyasəti dəyişməzsə, ölkənin iflas riskiilə qarşı-qarşıya qala biləcəyini qeyd edib.

Избранный
11
az.trend.az

1Источники