RU

Tarixi görüş bu ölkədə BAŞ TUTACAQ – VİDEO

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşünün dəqiq vaxtının hələ müəyyən edilmədiyini, lakin görüşün “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını güman etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında məlumat verib.

“Biz ilk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik. Görək bunu necə edəcəyik”, – o deyib.

Qeyd edək ki, dünən Rusiya Prezidenti Vladimir Putin və ABŞ-lı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub. Liderlər Ukraynadakı münaqişəni müzakirə ediblər və münaqişəyə sülh danışıqları yolu ilə son qoymaq barədə razılığa gəliblər.

 


Bizim.Media

Избранный
25
13
bizim.media

10Источники