RU

Komaya düşən 20 yaşlı gənc öldü - Hərbi xidmətdən təzə gəlibmiş


Yevlaxda avtomobilin vuraraq komaya saldığı gənc dünyasını dəyişib.

Bakupost.az "Unikal"a istinadən xəbər verir ki, hadisə fevralın 8-də Ərəş kəndi ərazisində baş verib.

Belə ki, rayon sakini Hidayət Bəhrəmovun idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən 2005-ci il təvəllüdlü kənd sakini Soltanov Ələmdar Elgün oğlunu vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

O, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ölən gənc hərbi xidmətini başa vuraraq evə təzə dönübmüş.

Faktla bağlı araşdırma aparılır

Избранный
34
14
bakupost.az

10Источники