RU

Çempionlar Liqası: İtaliya klubları səfərdə uduzdu

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 4 oyunu keçirilib.

Msport.az xəbər verir ki, ikinci gündə də maraqlı nəticələr qeydə alınıb.

Belə ki, İtaliya klubları “Atalanta” və “Milan” səfərdə minimal fərqlə məğlub olub. “Bavariya” və “Benfika” isə rəqib meydanında qalib gəlib.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

12 fevral

 

“Brügge” (Belçika) – “Atalanta” (İtaliya) – 2:1

“Feyenoord” (Niderland) – “Milan” (İtaliya) – 1:0

“Seltik” (Şotlandiya) – “Bavariya” (Almaniya) – 1:2

“Monako” (Fransa) – “Benfika” (Portuqaliya) – 0:1

 

Qeyd edək ki, cavab oyunları fevralın 18-19-da keçiriləcək.

Избранный
7
2
msport.az

10Источники