RU

Kubadan USAID-ə qarşı ağır ittihamlar

"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) həmişə Kubada konstitusiya quruluşunu pozmaq cəhdləri üçün fəaliyyət göstərib".

Bunu Kubanın xarici işlər naziri Bruno Rodriqez Parrilya öz "Telegram" kanalında yazıb.

O, bildirib: "USAID Kubada konstitusiya quruluşunu pozmaq üçün həmişə maskalanma vasitəsi olub". Nazirin sözlərinə görə, agentlik 1998-1999-cu illərdə yüzlərlə qanunsuz əməliyyatlar aparmaq üçün altı milyon dollardan çox vəsaitdən istifadə edib:

"USAID 2001-ci ildən 2006-cı ilə qədər Kuba xalqının əleyhinə yönəlmiş 142 qanunsuz layihə və fəaliyyət növünə 61 milyon dollar ayırıb".

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp fevralın 3-də USAID-in fəaliyyətini dayandırıb.

Mənbə: oxu.az

Избранный
1
1
oxu.az

2Источники