Bu gün şahmat üzrə Azərbaycan çempionatında final oyunları start götürür.
İdman.biz xəbər verir ki, kişilərin yarışında həlledici qarşılaşmada Şəhriyar Məmmədyarov və Rauf Məmmədov, qadınlarda Günay Məmmədzadə və Gövhər Beydullayeva üz-üzə gələcək.
Finalın ilk oyunları saat 15:00-da başlayacaq. İkinci görüş ertəsi gün yenə eyni saatda start götürəcək. Əgər ümumi hesabda bərabərlik yaransa, fevralın 15-də tay-breklər oynanılacaq ki, onlar da saat 15:00, 16:30 və 18:00-a təyin olunub.
3-cü yer uğrunda kişilərdə Teymur Rəcəbovıa Misrətdin İsgəndərov, qadınlarda isə Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova qarşılaşacaqlar.
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.
İdman.biz