RU

"OPEC+" ölkələri yanvarda plandan 250 min bareldən artıq geri qalıb

Neft hasilatının azaldılması ilə bağlı sövdələşmədə iştirak edən “OPEC+” ölkələri yanvarda gündəlik neft hasilatını bir qədər - 13 min barel artırsalar da, könüllü azaldılma və kompensasiyalar nəzərə alınmaqla gündəlik neft hasilatını plandan 251 min barel aşağı hasil ediblər.

Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.

Razılaşmadan azad olan Liviya, İran və Venesuela istisna olmaqla “OPEC+” ölkələri üzrə gündəlik neft hasilatı 35,176 mln. barel səviyyəsində olub.

Yanvar ayı üçün nəzərdə tutulan bütün könüllü azaldılma və kompensasiya cədvəlləri nəzərə alınmaqla, “OPEC+” ölkələri sutkada 35,427 milyon barel hasil etməli idilər. Beləliklə, ötən ay alyans iştirakçıları plandan 251 min barel az neft istehsal edib.

Qeyd edək ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

Избранный
33
apa.az

1Источники