RU

Zaqatalada narkotiklərin satışı ilə məşğul olan keçmiş məhkum tutulub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini, əvvəllər də oğurluq və soyğunçuluğa görə məhkum olunmuş Ruslan Əliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, ondan 4 kiloqrama yaxın marixuana və tiryək götürülüb. Saxlanılan şəxs əldə etdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil etməyi planlaşdırıb.
Məhkəmənin qərarı ilə R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Избранный
22
19
oxu.az

10Источники