RU

Mikayıl Cabbarov: “Dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var”

“Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin edilməsində vergi sisteminin önəmli rolu var. Bu sahədə indiyə qədər keçdiyimiz yol - aparılan islahatlar, əldə edilən nəticələr yalnız iqtisadiyyatımızın deyil, ümumilikdə cəmiyyətimizin tərəqqisi baxımından böyük əhəmiyyət kəsb edir”.

Bu sözləri “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumda çıxışında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, vergi sisteminin inkişafında hər bir əməkdaşın fədakar əməyinin xüsusi payı var: “Onların əzmkarlığı, məsuliyyəti və yeni çağırışlara uyğunlaşmaq bacarığı sayəsində vergi xidməti tamamilə yeni bir mərhələyə yüksəlib”.

Избранный
62
vergiler.az

1Источники