RU

Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir

Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir. Vergilər iqtisadi tənzimləmələr, sosial bərabərsizliyin azaldılması və ümumi iqtisadi inkişafın təşviqində mühüm rol oynayır.

Bubarədə “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazirin sözlərinə görə, 2019-cu ildən vergi sistemində həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində ciddi irəliləyişə nail olunub.

"Əmək bazarında təşviq mexanizminə əsaslanan vergi islahatlarının nəticələri ABŞ-nin nüfuzlu Harvard Universitetinin ekspertləri tərəfindən də yüksək dəyərləndirilib. Universitet tərəfindən aparılan təhlillər də göstərir ki, islahatlar iqtisadiyyatın “ağardılması”, bizneslərin leqallaşması baxımından səmərəli olub, eyni zamanda qeyri-neft sektorunda iqtisadi aktivliyi stimullaşdırıb. Azərbaycan eyni məsələlərlə qarşılaşan digər ölkələr üçün uğurlu nümunə hesab edilib",- nazir qeyd edib.

Избранный
55
4
vergiler.az

8Источники