Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı.. Mövsümü, əsasən, yay ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur.
Bizim.Media xəbər verir ki, qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn, alçanın bir kiloqramı 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.
Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.
Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.
Daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта