RU

Xidmət rəisi: “Kölgə iqtisadiyyatı” ilə mübarizə aparmaqla haqlı rəqabətin təmin edilməsinə çalışacağıq

Xidmət
“Bu gün dünyada vergi sistemləri yalnız dövlətin maliyyə mənbələrini toplamaqla
kifayətlənmir”.
1news.az xəbər verir ki, bu fikirləri “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
"Onlar həmçinin iqtisadiyyatı dəstəkləyir, ədalətliliyi təmin edir və biznesin inkişafına şərait yaradır. Əsas strateji hədəfimiz vergi idarəçiliyində şəffaflığı, ədalətliliyi və effektivliyi artırmaqdır. Bunu isə rəqəmsal texnologiyaların və innovasiyaların tətbiqi ilə təmin edirik. Vergi ödəyiciləri ilə qarşılıqlı münasibətləri daha da asanlaşdırmaq,
vergi yığımı proseslərini sürətləndirmək və vergilərin doğru və vaxtında ödənməsini təmin etmək əsas məqsədlərimizdəndir. DVX rəisi deyib ki, Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası” hazırlanıb. “Bu strategiya bizim yaxın gələcəkdə missiyamızı, dəyərlərimizi, gələcəyə baxışımızı və strateji fəaliyyət
istiqamətlərimizi müəyyən edir. Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənərək Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir.

Bu istiqamətdə əsas fəaliyyətimiz güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişaf olacaq. Əsas missiya olaraq ölkəmizin sosial-iqtisadi inkişafını təmin etmək üçün vergilərin effektivliyə və dürüstlüyə əsaslanan prinsiplərlə tam və vaxtında yığılması, “kölgə iqtisadiyyatı” ilə mübarizə aparmaqla haqlı rəqabətin təmin edilməsinə çalışacağıq".

Избранный
22
1news.az

1Источники