RU

Çin Vladimir Putin və Donald Tramp arasında vasitəçi olmaq istəyir

“The Wall Street Journal” Pekin və Vaşinqtondakı mənbələrə istinadən yazır ki, Çin rəsmiləri Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üçün sammitin keçirilməsi təklifini ABŞ-a göndərib.

Ukrayna prezidenti Vladimir Zelenskinin görüşdə iştirakı gözlənilmir. WSJ mənbələrinə görə, Çin də mümkün atəşkəsdən sonra sülhməramlı səylərə kömək etməyə hazır olduğunu bildirib. Ağ Evdəki mənbə qəzetə bildirib ki, Çinin təklifi ABŞ və Avropada skeptisizmlə qarşılanıb. Həmsöhbət Pekinin təklif etdiyi görüşün “tamamilə qeyri-real” olduğunu vurğulayıb.

Məqalədə deyilir ki, Çin təklifi prezident Si Cinpinin Amerika tariflərinin qarşısını almaq üçün Trampla danışıqlara başlamaq istəyini əks etdirir. Bununla yanaşı, Çin lideri münaqişənin həllində hər hansı yardımın Moskva ilə Pekin arasında sıx münasibətlər üçün təhlükəyə çevrilməsini istəmir, Çinin mövqeyi ilə tanış olan mənbələr deyirlər. Çinin təşəbbüsü Rusiyaya iqtisadi dəstəyin azaldılması ilə bağlı hər hansı öhdəlik demək deyil.

Qeyd edək ki, bir gün əvvəl, fevralın 12-də Vladimir Putinlə Donald Tramp arasında telefon danışığı olub. Tərəflər şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər. Kreml sözçüsü bildirib ki, Vladimir Putin ABŞ prezidentini Moskvaya dəvət edib. Tramp mümkün görüşdən danışaraq, bunun “çox da uzaq olmayan gələcəkdə” baş tutacağını qeyd edib.

//Samir Qurbanov, Editor.az

Избранный
2
2
editor.az

3Источники